23 
Dek
2020
10:13
288
13
5739
Virtual karabakh

Qubadlının Xanlıq və Xəndək kəndlərində bir gün - VİDEOREPORTAJ

23 Dek, 2020
10:13
5739

Qubadlının Xanlıq və Xəndək kəndlərində bir gün - VİDEOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

30 ildən sonra əzəli Qarabağ torpaqlarına yenidən döndük.

Baku TV-nin əməkdaşları Qubadlı rayonunun Xanlıq və Xəndək kəndlərində olub.

Vaxtilə dillər əzbəri olan rayonun Xanlıq və Xəndək kəndləri, sadəcə, quru torpaqla əhatələnib. Solmuş, kökləri kəsilmiş ağaclar isə 30 ilə yaxın insana nə çəkdiklərini izah etməyə çalışırlar. Amma artıq torpaqların sahibi vətənindədir. 

Həkəri çayının sahilində, Qubadlının dağətəyi kəndlərindən olan Xanlıq və Xəndək kəndləri vaxtilə toxuculuq sənəti ilə məşhur olub. Burada toxunan xalçalar Avropa bazarlarında satışa çıxarılan xalçaların ən yaxşıları hesab edilib.

Qubadlı tütünçülük, toxuculuq və heyvandarlıq sahəsində inkişaf etmiş rayonlardan olub.

Ətraflı süjeti təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri