21 
Dek
2020
16:45
26
95
3529
Virtual karabakh

Təhsil Nazirliyindən milli qiymətləndirmə ilə bağlı AÇIQLAMA

21 Dek, 2020
16:45
3529

Təhsil Nazirliyindən milli qiymətləndirmə ilə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Milli qiymətləndirmə tədqiqat xarakteri daşıyır. Onun nəticələrinin məktəbdaxili qiymətləndirmənin nəticələrinə təsiri yoxdur”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə “Virtual məktəb”də IV, VI və IX sinif şagirdləri arasında keçirilən milli qiymətləndirmənin nəticələrinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu qiymətləndirmədə təkcə şagirdlərin keyfiyyət göstəriciləri deyil, eyni zamanda, istifadəyə verdiyimiz sistemin texniki imkanlarını da dəyərləndirdik:

“Dekabrın 19-da keçirilən milli qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər 2021-ci ildə təşkil olunacaq müvafiq qiymətləndirmə iştirak edə bilərlər.

Güman etmirəm ki, qiymətləndirmədə çox şagirdə valideynləri kömək edib. Belə şagirdlərin sayı çox az faiz təşkil edə bilər. Amma istərdim ki, valideynlər bunu etməsinlər”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri