16 
Dek
2020
11:26
19
328
8850
Virtual karabakh

Azərbaycanda daha bir alim koronavirusdan vəfat etdi - FOTO

16 Dek, 2020
11:26
8850

Azərbaycanda daha bir alim koronavirusdan vəfat etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın ziyalı ictimai xadimlərindən daha biri koronavirusla mübarizədə məğlub olub. 

Oxu.Az-ın məlumatına görə, həkimlərin müdaxiləsinə baxmayaraq, alim Arif Məhərrəmov dekabrın 14-də koronavirusdan vəfat edib.  

Məlumatı redaksiyamıza onun bacısı oğlu Rafael Abdullayev təsdiq edib.

Xatırladaq ki, 1952-ci ildə Ermənistan SSR-nin Spitak rayonunun Qursalı kəndində anadan olan alim, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini, Moskvada SSSR-i EA-nın Kimyavi Fizika İnstitutunun aspiranturasını bitirib.

AMEA-nın Radiasiya Problemləri İnstitutunda şöbə müdiri vəzifəsində çalışıb. Fizika-Riyaziyyat elmləri doktoru professorudur. 2017-ci ildə “İlin nüfuzlu alimi” ali media mükafatına layiq görülüb. Eyni zamanda Arif Məhərrəmov uzun müddət pedaqoji fəaliyyətlə məşğul olub, Azərbaycan Texniki Universitet və Azərbaycan Kooperasiya Universitetində professor fakültə dekanı vəzifəsində çalışıb.

Arif Məhərrəmov 400-dən artıq elmi işlərin müəllifidir. 

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri