13 
May
2013
12:11
0
2
4823
Virtual karabakh

Rixard Zorgenin “bomj oğlu” haqqında qısa məlumat

13 May, 2013
12:11
4823

Rixard Zorgenin “bomj oğlu” haqqında qısa məlumat

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İnternetin Azərbaycan seqmentində yaşayış yeri naməlum olan insanın (el arasında – “bomj” adlandırılırlar) özünü əfsanəvi sovet kəşfiyyatçısı, Yaponiyada edam olunmuş bakılı Rixard Zorgenin oğlu kimi təqdim edən şəxsin videogörüntürləri yayımlanıb.

Sovet kəşfiyyatının Tokikodakı rezidenti Rixard Zorge (kod adı “Ramzay”) 4 oktyabr 1895-ci ildə Bakının Sabunçu kəndində anadan olub.

Biz onun SSRİ-də kəşfiyyatçı kimi xidmətləri barədə ətraflı danışmayacağıq, çünki, indiki halda həmin “bomjun” əfsanəvi kəşfiyyatçının oğlu olub-olmaması araşdırılır.

Bunun üçün bilmək lazımdır ki, Zorge iki dəfə ailə qurub. Onun ilk həyat yoldaşı alman qadın Kristina Gerlax olub. Lakin kommunist Zorge iş üçün SSRİ-yə köçdükdən sonra qadın ərini atıb və 1926-cı ildə yenidən Almaniyaya qayıdıb.

“Ramzay” ikinci həyat yoldaşı – Yekaterina Maksimova ilə Moskvada, 1927-ci ildə tanış olub (M.Kolesnikova və M.Kolesnikovun “Rixard Zorge” kitabından, Moskva, 1980).

Rixard Zorgenin Katya ilə dostluğu sevgiə çevrildi. Onlar öz talelərini 1933-cü ildə birləşdirdilər, yəni ailə qurdular. Lakin bu xoşbəxtlik cəmi bir neçə ay çəkdi: Rixard Zorge Yaponiyaya yola düşməliydi. Bu, 1936-cı ildə baş verdi.

Kəşfiyyatçı Yaponiyada olarkən həyat yoldaşının hamilə olduğunu öyrənir, hətta ona uşaq əşyaları, oyuncaqlar göndərir, qızı olarsa, onu mütləq Katya adlandırmağı xahiş edir. Lakin təəssüf ki, Zorgeyə ata olmaq qismət olmadı – Yekaterinə uşağını itirdi.

18 oktyabr 1941-ci ildə Zorge yapon polisi tərəfindən həbs edildi, 1943-cü ildə isə gitara simindən asılmaqla edam cəzasına layiq görüldü. Zorgenin dəfni 1944-cü il noyabrın 7-də səhər saat 10:20-də, Tokionun “Suqamo” həbsxanasında baş tutdu.

Zorgenin həyat yoldaşı Yekaterina Maksimova sovet NKVD-nin Sverdlovsk dəmir yolu şöbəsinin qərarı ilə casusluqda şübhəli bilinir və 4 sentyabr 1942-cü ildə həbs edilir.

13 mart 1943-cü ildə o, SSRİ NKVD yanında Xüsusi Müşavirənin qərarı ilə 5 il müddətində Krasnoyarsk diyarına sürgünə göndərilir.

Sürgün yerinə gələn qadın 3 iyul 1943-cü ildə, Bolşemurtinsk rayon xəstəxanasında beyinə qan sızmadan vəfat edir.

Beləliklə, mənbələrdən heç birində əfsanəvi kəşfiyyatçının oğlunun olduğu barədə məlumat verilmir.

Və videodakı həmin insanın danışdıqlarını yalnız yalan və Rixard Zorgenin xatirəsinin təhqir olunması kimi qiymətləndirmək olar.




Azərbaycan Xəbərləri

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri