23 
Apr
2014
18:34
12
49
2691
Virtual karabakh

Nazirlik taksi sürücüsünün körpüdən yıxılmasına münasibət bildirdi

23 Apr, 2014
18:34
2691

Nazirlik taksi sürücüsünün körpüdən yıxılmasına münasibət bildirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həsənovun yanında olan şəxslər məsələyə müdaxilə ediblər.

Taksi sürücüsü müfəttişləri təqib edərkən yıxılıb.

Oxu.Az xəbər verir ki. bu barədə APA-ya Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidmətinin səlahiyyətli nümayəndəsi Əmrah Cəfərov bildirib.

Ə. Cəfərov deyib ki, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Bakı Sərnişin Nəqliyyat İdarəsinin əməkdaşları reyd apararkən taksi sürücüsü Vüsal Həsənovdan taksi xidməti üçün ödənilən dövlət rüsumunun çekini istəyiblər, Vüsal isə müfəttişlərə sənədi olmadığını bildirib:

“Bu vaxt Vüsal Həsənovun yanında olan şəxslər məsələyə müdaxilə ediblər. Onun yanında olan şəxslərdən biri müfəttişin ayağına təpik vurub, sonra müfəttişin idarə etdiyi xidməti avtomobilin dövlət nömrə nişanını çıxararaq, avtomobilin şüşələrini yararsız hala salıblar. Müfəttişlər hadisə yerindən uzaqlaşandan sonra Vüsal, atası və yanlarında olan digər şəxslər onları təqib ediblər. Vüsal təqib zamanı avtovağzalın qarşısında olan pilləkənləri düşərkən yıxılıb. O, xəstəxanaya yerləşdirilib, tibbi yardım göstərilib”.

Ə. Cəfərov hadisə barədə Binəqədi Rayon Prokurorluğuna və Polis İdarəsinə məlumat verildiyini də bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri