23 
Apr
2014
19:40
8
55
2488
Virtual karabakh

Çoxuşaqlı analara müavinətlərin verilməsindən imtina edildi

23 Apr, 2014
19:40
2488

Çoxuşaqlı analara müavinətlərin verilməsindən imtina edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda nəsilvermə qabiliyyətinə malik qadınların hər birinə 2 uşaq düşür.

Azərbaycanda 5-dən çox uşağı olan analara müavinətlərin verilməsini nəzərdə tutan “Sosial müavinətlər haqqında” qanun layihəsinin qəbulu təxirə salınıb. 

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, qanun layihəsi artıq plenar iclasda müzakirəyə çıxarılmayacaq.

Buna əsas səbəb kimi isə hazırda ölkədə çoxuşaqlı ailələrin sayının az olması göstərilir. 

Məlumata görə, bu gün Azərbaycanda 5-dən çox uşağı olan anaların sayı 900 nəfərdir. 

Qanun layihəsində isə çoxuşaqlı analar 5-dən çox uşağı olanlara aid edilirdi.  

Qeyd edək ki, layihədə çoxuşaqlı ailələrin maddi vəziyyətinin yaxşılaşdırılması, uşaqların təhsilinə, ev şəraitinə yardım edilməsi kimi məsələlər öz əksini tapmışdı. Sənədə əsasən, çoxuşaqlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə 5-dən çox uşağı olan analara maliyyə dəstəyi kimi müəyyən müavinətlər verilməsi nəzərdə tutulurdu. Bundan əlavə, çoxuşaqlı ailələrdə valideynlərin və uşaqların müalicəsi üçün müavinətlərin verilməsi də təklif edilirdi. 

Dövlət Statistika Komitəsinin məlumatında əhalinin nəsilvermə əmsalının aşağı düşdüyü göstərilir. Hazırda nəsilvermə qabiliyyətinə malik qadınların hər birinə 2 uşaq düşür. 

Bütün bunları nəzərə alaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi çoxuşaqlı ailələrin sayının artırılması, “Qəhrəman ana” statusunun bərpa olunması üçün layihəni işləyərək, dövlət idarələrinə və Milli Məclisə təqdim edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri