18 
Apr
2014
15:25
15
5
1030
Virtual karabakh

Azərbaycanda vahid sosial ödəmə kartı tətbiq oluna bilər

18 Apr, 2014
15:25
1030

Azərbaycanda vahid sosial ödəmə kartı tətbiq oluna bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda ölkənin bank kartları bazarında 5 milyondan çox kart dövriyyədədir.

Bütün sosial yardım kartlarını yeniləyəcəyik, əvvəllər mövcud olmuş bütün neqativ hallar aradan qaldırılsın.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

S.Müslümov bildirib ki, bütün banklar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elan edilən bu tenderdə açıq şəkildə iştirak edə bilər, bu məsələdə heç bir problem yoxdur:

“Ancaq bu banklar müvafiq bankomat şəbəkəsinə malik olmalı və bizdən ən aşağı xidmət haqqı istəməlidir”.

Nazir kartlarla bağlı bir məsələyə də diqqət yetirilməsini zəruri sayıb:

“Hazırda ölkənin bank kartları bazarında 5 milyondan çox kart dövriyyədədir. Bunların əksəriyyəti dövlət orqanlarının təqdim etdikləri sosial ödəmələri əhatə edir. Məsələn, Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaçılara, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial ödəmələr alanlara, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən əhalinin bu qrupuna kartlar verilib. Digər dövlət orqanları da kartlar verib. Ümumilikdə belə bir fikir formalaşır, bəlkə vahid sosial ödəmə kartı tətbiq olunsa, vəziyyət asanlaşa bilər. Hazırda bu məsələlər də diqqətdən keçirilir”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri