18 
Apr
2014
15:05
33
4
1308
Virtual karabakh

Ziya Bünyadov prospektində işlərin 90%-i başa çatıb

18 Apr, 2014
15:05
1308

Ziya Bünyadov prospektində işlərin 90%-i başa çatıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Babək prospektinin genişləndirilməsi də nəzərdə tutulur.

Bakının Ziya Bünyadov prospektində gedən işlər bu ilin avqust ayınadək başa çatacaq. Prospektdə 10 zolaqlı hərəkət təmin olunacaq.

Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bu barədə “Azəryolservis” ASC-nin sədr müavini Vaqif Hacıyev bildirib.

“Ziya Bünyadov prospekti paytaxtın ən çox yüklənmiş yoludur. Tam hazır olduqda bu prospektdə ümumilikdə 10 zolaqlı hərəkət təmin olunacaq. Bunun altı zolağı sürətli, dörd zolağı köməkçi yollar üçün nəzərdə tutulub. Hazırda işlərin, demək olar, 90%-i başa çatıb. İki-üç aya tam yekunlaşacaq işlərə bir yeni körpünün tikilməsi, ikinci körpünün bərpası, dörd yeni qovşağın inşası daxildir”, - ASC rəsmisi bildirib.

V.Hacıyev Ziya Bünyadov prospektində tikinti-təmir işləri bitdikdən sonra paytaxtın Babək prospektinin də genişləndirilməsinin nəzərdə tutulduğunu deyib:

“Babək prospektində artıq dörd yeni keçid istifadəyə verilib. Bu prospektdəki təmir işləri o qədər də uzun çəkməyəcək”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri