18 
Apr
2014
13:40
13
30
1375
Virtual karabakh

Nazir Azərbaycanda müəllimlərin sayının azaldılmasına dəstək oldu

18 Apr, 2014
13:40
1375

Nazir Azərbaycanda müəllimlərin sayının azaldılmasına dəstək oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İşsiz qalacaq pedaqoji kadrların yeni işlə təminatı da diqqətdə saxlanılır”.

Müəllimlərin sayının azaldılması məsələsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də dəstəkləyir.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O bildirib ki, hazırda ölkədə olan müəllim ordusunun sayının tənzimlənməsi üçün tədqiqat aparılması nəzərdə tutulur.

Əsas məqsəd müəllimlərin dərs yükünün artırılması, bununla onların əmək haqqının yüksəldilməsidir. Lakin işsiz qalacaq pedaqoji kadrların yeni işlə təminatı da diqqətdə saxlanılmalıdır. Bütün bunlarla bağlı tədqiqatın yekununda təkliflər hazırlanacaq.

Xatırladaq ki, ölkədə müəllimlərin əmək haqqını yüksəltməyin yolu kimi onların sayını azaltmağı maliyyə naziri Samir Şərifov təklif edib. Müəllimlərin sayının çox olması məsələsini Təhsil Nazirliyi də bəyan edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri