14 
Apr
2014
11:00
9
46
4943
Virtual karabakh

Orduda daha bir faciə: Əsgər öz yoldaşını öldürdü

14 Apr, 2014
11:00
4943

Orduda daha bir faciə: Əsgər öz yoldaşını öldürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Faktla bağlı cinayət işi başlanıb.

Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını güllələyib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri Afiyəddin Cavadovun əlindəki silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəş onun əsgər yoldaşı Nicat Hacızadəyə dəyib. N.Hacızadə aldığı güllə xəsarəti ilə hospitala aparılarkən yolda dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri