23 
Yan
2014
13:40
97
204
67113
Virtual karabakh

İntihar edən homoseksualın dəfnində qalmaqal – Foto + Yenilənib

23 Yan, 2014
13:40
67113

İntihar edən homoseksualın dəfnində qalmaqal – Foto + Yenilənib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daş toplayan yerli gənclər dəfnə gələnləri qovurlar.

Özünü asaraq intihar edən İsa Şahmarlının hazırda dəfn mərasimində insident yaşanır.

Kənd camaatı daş-kəsəklə dəfnə mane olmaq istəyir, qəbristanlığa girməyə kimsəyə izn vermir. Səbəb kimi İsa Şahmarlının cinsi azlıq olmasını göstərilir.

Onlar belə bir şəxsin kənd qəbiristanlığında dəfn olunmasını qəbul etmək istəmirlər.

Axar.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, çəkiliş aparmaq və reportaj hazırlmaq istəyən jurnalistləri qəbiristanlığa yaxın buraxmaq istəməyən kənd camaatı ANS-in çəkiliş qrupuna sərt müqavimət göstərib.

Müxbir bildirir ki, qəbiristanlığa girməyə cəhd göstərən ANS-in “Alın yazısı” verilişinin çəkiliş qrupunun avtomobili daş-qalaq edilib, kamera isə sındırılıb.

Musavat.com-un məlumatına görə, İsa Şahmarlı dəfn edilir. Onun valideynləri dostlarına bildiriblər ki, dəfndən sonra qəbiristanlığa daxil ola bilərlər.

13:10

Ötən gün intihar edən gənc homoseksual İsa Şahmarlının dəfni öncəsi Binə qəsəbəsində həyəcanlı dəqiqələr yaşanır.

Oxu.Az xəbər verir ki, Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, yerli gənclər İsa Şahmarlının dost və tanışlarının dəfn mərasimində iştirakına imkan vermir.

Əvvəlcədən daş toplayan gənclər bəyan edirlər ki, dəfnə gələnləri daşqalaq edəcəklər.

ANS telekanalının çəkiliş qrupunun da işləməsinə imkan verilmir. Binədə gərginlik artır. Məlumata görə, ANS telekanalının kamerası sındırılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri