18 
Yan
2014
15:12
6
81
9000
Virtual karabakh

Azərbaycanda 11 yaşlı məktəbli intihar etdi - Yenilənib

18 Yan, 2014
15:12
9000

Azərbaycanda 11 yaşlı məktəbli intihar etdi - Yenilənib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ana tövlədə övladının asılmış meyidini tapıb.

 

Oxu.Az xəbər verir ki, İsmayıllı rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Quşəncə kəndində baş verib. Kənd sakini, 2003 təvəllüdlü Cəbiyev Vüqar Natiq oğlunun meyiti yaşadıqları həyətdəki ağacların birində asılı vəziyyətdə tapılıb. V. Cəbiyevin anası su gətirməkdən qayıdarkən bu mənzərə ilə qarşılaşıb.

Mərhum orta məktəbin 3-cü sinifində oxuyurmuş. İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

14:00

Bu gün səhər saatlarında İsmayıllı rayonunda dəhşətli intihar hadisəsi baş verib. 

Oxu.Az xəbər verir ki, Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Quşəncə kəndində 3-cü sinif şagirdi, 2003-cü il təvəllüdlü Vüqar Natiq oğlu Cəbiyev özünü tövlədə asıb. 

Hadisənin baş verməsindən anası sonradan xəbər tutub.

Belə ki, anası Vüqarı səhər məktəbə yola Salıb. Daha sonra özü bulağa su gətirməyə gedib. Evə qayıdıb tövləyə girəndə isə dəhşətli mənzərə ilə üzləşib. Qadın tövlədə övladının asılmış meyidini tapıb. Dərhal hadisə yerinə həkim və polis əməkdaşalrı cəlb olunub. Araşdırmalar zamanı məktəblinin intihar etdiyi məlum olub.

Hazırda hüquq-mühafizə orqanları məktəblinin nə səbəbdən özünü öldürməsini araşdırır. Faktla bağlı cinayət işi başlanıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri