14 
Yan
2014
09:15
26
7
7142
Virtual karabakh

Vüqar Həşimovun cənazəsi Bakıya gətirildi – Yenilənib + Foto + Video

14 Yan, 2014
09:15
7142

Vüqar Həşimovun cənazəsi Bakıya gətirildi – Yenilənib + Foto + Video

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şahmatçı bu gün 3-cü Fəxri Xiyabanda dəfn olunacaq.

Yanvarın 11-də Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişmiş azərbaycanlı qrossmeyster Vüqar Həşimovun cənazəsi xüsusi reyslə Bakıya gətirilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, V.Həşimovla vida mərasimi bu gün Respublika Şahmat Mərkəzində baş tutacaq.

Vida mərasimindən sonra cənazə torpağa tapşırılmaq üçün 3-cü Fəxri Xiyabana aparılacaq.

00:10

Almaniyada dünyasını dəyişən tanınmış şahmatçı Vüqar Həşimovun cənazəsi Almaniyanın Frankfurt şəhərindən Bakıya yola salınıb. 

Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniyada yaşayan soydaşımız Fərrux Məmmədov verib. Xüsusi reyslə yola salınan cənazə səhərə yaxın Bakıda olmalıdır. 

Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişmiş azərbaycanlı qrossmeyster Vüqar Həşimovla vida mərasimi bu gün olacaq. Respublika Şahmat Mərkəzində baş tutacaq tədbir saat 11:00-da başlayacaq. Üç saat davam edəcək vida mərasimindən sonra cənazə götürülərək, torpağa tapşırılmaq üçün 3-cü Fəxri Xiyabana aparılacaq. Bunun ardından Təzəpir məscidində ehsan veriləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri