28 
Apr
2024
22:47
447
48
14474
Virtual karabakh

Əməkdar artistin dayanacaqlarla bağlı şikayətinə RƏSMİ CAVAB - YENİLƏNİB + VİDEO

28 Apr, 2024
22:47
14474

Əməkdar artistin dayanacaqlarla bağlı şikayətinə RƏSMİ CAVAB - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Əkbər Əlizadənin dayanacaqlarla bağlı şikayətinə rəsmi cavab verilib.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) Oxu.Az-a məlumat verilib.

“Qeyd edilən ərazidə əməkdaşlarımız tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, eləcə də hərəkətin tənzimlənməsi istiqamətində nəzarət tədbirləri həyata keçirilir. Dayanacaqda yer olmadığı üçün yarana biləcək sıxlıqların qarşısının alınması məqsədi ilə əlavə tədbirlər görülür”, - deyə məlumatda qeyd edilib.

21:00

Əməkdar artist Əkbər Əlizadə dayanacaqlardan şikayət edib.

Oxu.Az xəbər verir ki, aktyor bu barədə “Instagram” səhifəsində paylaşım edib.

O, çalışdığı teatra yollandığını, amma maşınını saxlamağa yer olmadığını bildirib:

“Hörmətli qurumlar, məsələni həll edin. Akademik Musiqili Teatrda çalışıram. Tamaşaya gəlmişəm. Zərifə Əliyeva küçəsi bağlıdır, keçmək mümkün deyil. Xaqani bağının (keçmiş “Molokan” bağı) yanında dayanacaqda yer olduğu halda polis içəri buraxmır. Maşınlar dayanıb, içəridə yer ola-ola buraxmırlar. Kimə deyim? Yerüstü Nəqliyat Agentliyinin rəhbərinin yanında qəbulunda olum. Bildirdi ki, mənə necə göstəriş verilib, elə edirəm. Vaxtında tamaşaya gəlmişəm, maşını harada saxlayım? Kibrit qutusu deyil ki, qatlayım qoyum cibimə. Bu, teatrın digər əməkdaşlarının da üzləşdiyi bir problemdir. Dayanacağa hər saatda ödədiyimiz pul, maaşımızın yarısını aparır. Tamaşaçılarımızın sayını da bu məsələ azaldıb. Çünki teatra gələnlər maşın saxlamağa yer tapmırlar”.

Həmin görüntüləri təqdim edirik:

@oxuaz

Əməkdar artist Əkbər Əlizadə dayanacaqlardan şikayət edib: “Maaşımızın yarısı gedir”.

♬ оригинальный звук - Oxu.az News

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri