11 
Apr
2024
22:32
39
216
3492
Virtual karabakh

Müğənni Nura Suri: “Məni günlərdir təqib edirlər” - VİDEO

11 Apr, 2024
22:32
3492

Müğənni Nura Suri: “Məni günlərdir təqib edirlər” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Nura Suri tanımadığı şəxs tərəfindən izlənildiyini bildirib.

Oxu.Az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə paylaşım edib.

O, həmin şəxsin görüntülərini çəkərək bunları deyib:

“Dostlar iki gündür bir video çəkib sizinlə bölüşmək istəyirəm. Deməli, hara gedirəmsə, üzünü tam görə bilmədiyim bir papaqlı oğlan deyəsən, məni güdür. Şikayət edə də bilmirəm, çünki bilmirəm ki, kimdir, məndən nə istəyir, yoxsa təsadüfdürmü? İndi evdən çıxıram, aşağı düşəcəyəm, əgər həmin şəxs məhəllədə olarsa, görüntüsünü çəkib sizinlə paylaşacağam. Bu məsələ mənim özümə də çox təəccüblüdür”.

Daha sonra müğənni həmin şəxsin onu məhəllədə və marketdə də təqib etdiyini izləyiciləri ilə bölüşüb.

Həmin görüntüləri təqdim edirik:

@oxuaz

Nura Suri təqib edilir?

♬ orijinal ses - Oxu.az News

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri