12 
Sen
2013
09:51
124
16
14746
Virtual karabakh

Makedon danışdı: Mənim qiymətim verilmədi

12 Sen, 2013
09:51
14746

Makedon danışdı: Mənim qiymətim verilmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən kababçıyam və kababçı kimi tanınıram”.

Bir müddət əvvəl sosial şəbəkələrdə hər kəsin “Bizim Cəbiş müəllim” filmində məşhur Makedon obrazının ifaçısı Aqil Ağacanovun illər sonra yayılmış şəkli böyük rezonansa səbəb oldu.

Oxu.Az xəbər verir ki, Makedon obrazı və Aqil Ağacanovun bir müddət əvvəl çəkilmiş şəklinin Facebook-da yerləşdirilməsindən cəmi 2 gün sonra artıq 15 minə yaxın insan onu bəyənmişdi.

Neçə müddətdir ki, mətbuatda və televiziyada görünməyən “Makedonu” tapmaq, onunla müsahibə almaq üçün yaşadığı Pirşağı kəndinə yola düşdük.

Lakin çox təəssüf ki, göstərdiyimiz bütün səylərə baxmayaraq, Aqil Ağacanov danışmaq istəmədi.

Bu gün milli şou-biznesdə, televiziyalarda baş verənlərdən gileylənən “Makedon” ekranlarda, mətbuatda təsadüfi adamların yer aldığını, ona qiymət verilmədiyini söylədi.

“Azərbaycanda qoşanağara çalana “xalq artisti” adı verirlər. Səməd  Səmədov kimdir ki, “xalq artisti” adı alır? Amma mənim qiymətim verilmədi. Ona görə də jurnalistlərlə nə danışmaq istəyirəm, nə də görüşmək. Məni narahat etməsinlər. Mən indi kababçı işləyirəm, bütün Bakı kəndlərində məni elə kababçı Aqil kimi tanıyırlar. Öz zəhmətimlə evimini tikmişəm, elə öz zəhmətimlə də yaşayıram. Mənə heç kimdən heç nə lazım deyil”.

Qeyd edək ki, A.Ağacanov 1949-cu ildə anadan olub.

Onun oynadığı Makedon rolu “Bizim Cəbiş müəllim” filmindəki maraqlı obrazlardan biridir. Aqil Ağacanovu filmə təsadüfən çəkirlər.

Belə ki, Aqillə bulvarda təsadüfən nərd oynayan rejissor Həsən Seyidbəyli nərddə uduzduqdan sonra sözünü tutaraq onu Makedon roluna sınaqlara çağırır.

Çünki oyuna başlamazdan öncə Aqil Ağacanov Həsən Seyidbəyli ilə mərc kəsir ki, əgər rejissor uduzsa, onu kinoya çəkəcək. Belə də olur.

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri