25 
Apr
2024
00:04
222
7
954
Virtual karabakh

Vaşinqtonda ermənilərin qondarma soyqırımı yalanlarına qarşı həmrəylik aksiyası keçirilib

25 Apr, 2024
00:04
954

Vaşinqtonda ermənilərin qondarma soyqırımı yalanlarına qarşı həmrəylik aksiyası keçirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin ABŞ-dəki səfirliyinin qarşısında ermənilərin 24 aprel qondarma soyqırımı yalanlarına qarşı həmrəylik aksiyası keçirilib.

“Report” xəbər verir ki, “Erməni yalanlarına son” şüarı ilə keçirilən aksiya Türkiyə-Amerika Milli İdarəetmə Komitəsi (TASC) tərəfindən təşkil olunub.

TASC rəsmisi Məhəmməd Sami Görgülü “Report”a açıqlamasında bildirib ki, aksiyanı keçirməkdə məqsəd erməni lobbisinin yalanlarını ifşa etməkdir:

“Ermənilərin qondarma soyqırımı iddialarını tanımaqla siyasi və iqtisadi maraqlarını təmin etməyə çalışan bəzi dövlətlər bundan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Beynəlxalq ictimaiyyət soyqırımı iddialarının yalan olduğunu bilməlidir”.

Aksiyada Vaşinqtonda yaşayan türk və Azərbaycan icmasının fəalları iştirak ediblər. Fəallar erməni yalanlarının ifşa olunduğu şüarlar səsləndiriblər.

Burada 1970-ci illərdə ASALA terror təşkilatı tərəfindən qətlə yetirilən onlarla türk diplomatının şəkilləri də nümayiş etdirilib.

Təxminən iki saat davam edən aksiya insidentsiz başa çatıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri