20 
Apr
2024
16:17
322
16
4161
Virtual karabakh

Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar - FOTO

20 Apr, 2024
16:17
4161

Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya sülhməramlı kontingentinin növbəti bölmələri Azərbaycan ərazisini tərk etmək üçün bu gün Goran stansiyasında cəmləşiblər.

Bu barədə hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkə hesabında paylaşım edib.

“2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışarkən deyib.

O bildirib ki, artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri