19 
Apr
2024
20:56
404
9
988
Virtual karabakh

Azərbaycan bütün bağlı qapıları bir-bir açaraq ərazi bütövlüyünü, suverenliyini təmin edir - RƏY + FOTO

19 Apr, 2024
20:56
988

Azərbaycan bütün bağlı qapıları bir-bir açaraq ərazi bütövlüyünü, suverenliyini təmin edir - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan bütün bağlı qapıları bir-bir açaraq ərazi bütövlüyünü, suverenliyini təmin edir”.

Bununla bağlı “Report”a Milli Məclisin deputatı Kamal Cəfərov Qazax rayonunun erməni işğalında olan dörd kəndinin Azərbaycana qaytarılması haqqında danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı ölkənin suverenliyini əbədi və geri dönməz naxışlarla ilmə-ilmə toxuyan rəhbəri ilə fəxr edir:

“Müzəffər Ali Baş Komandan İlham Əliyevə eşq olsun! Onun dəmir iradəsi nəticəsində dörd qeyri-anklav kəndin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması Azərbaycanın və onun liderinin növbəti qələbəsidir. Əgər nə vaxtsa, Qafqazda real və praktik sülhə nail olunacaqsa, bu, İlham Əliyevin iradəsi, uğuru nəticəsində qeydə alınacaq”.

K.Cəfərov bildirib ki, bu delimitasiyadan sonra əldə olunmuş razılaşma regiondan kənar ölkələrin həyata keçirmək istədiyi siyasətin iflasa uğradığını göstərir:

“Ermənistandan və erməni xalqından siyasi alət kimi istifadə etmək istəyərək Cənubi Qafqazda fərqli geosiyasi xətlər yaratmaq istəyən dövlətlər və təşkilatlar buradan nə qədər uzaq olsalar, o qədər yaxşıdır. Çünki sonuncu hadisələr göstərdi ki, Cənubi Qafqazda sülh və əmin-amanlıq təmin oluna bilər və buna da məhz İlham Əliyevin iradəsi ilə nail olunacaq”.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri