Okt
2013
17:22
7
7
1676
Virtual karabakh

Sabah neçə nəfər səs verəcək?

8 Okt, 2013
17:22
1676

Sabah neçə nəfər səs verəcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dünyanın heç bir yerində ideal seçici siyahısı yoxdur”.

Seçici siyahısında 5 145 000 nəfərin adı var. Onlar 5492 məntəqədə səs verəcəklər.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransında deyib.

O bildirib ki, seçki məntəqələrinin 219-u müvəqqəti olaraq 5 gün müddətinə yaradılıb. M.Pənahov adı seçici siyahısında olmayan vətəndaşları narahat olmamağa çağırıb:

“Dünyanın heç bir yerində ideal seçici siyahısı yoxdur. Adı seçici siyahısında olmayan seçici məntəqəyə gələrək, müvafiq sənədini göstərir və onun adı əlavə seçici siyahısına daxil edildikdən sonra bülletenlə təmin olunur və həmin vətəndaş səsvermədə iştirak edir”.

O, müşahidəçilərin ümumi sayının 52 min olduğunu deyərək, beynəlxalq müşahidəçilərin isə 1 400 nəfərə yaxın olduğunu da qeyd edib. Yerli KİV nümayəndələri üçün qeydiyyat tələb olunmadığını deyən M.Pənahov bildirib ki, seçkiyə hazırlıq mərhələsi tam olaraq yekunlaşıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri