21 
Apr
2021
11:06
459
12
3280
yuxarı
Hulusi Kılıç: “Rusiya sülhməramlıdırsa, vəzifəsini yerinə yetirsin” - VİDEO
21 Apr, 2021
11:06
3280
459
12
Hulusi Kılıç: “Rusiya sülhməramlıdırsa, vəzifəsini yerinə yetirsin” - VİDEO
“Rusiya sülhməramlıdırsa, sülhməramlı olaraq vəzifəsini yerinə yetirsin”.
Bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.
“Ümid edirik ki, qarşıdakı dövrdə Birgə Monitorinq Mərkəzi öhdəliklərini icra edər.
Sülhməramlıların Azərbaycanın da haqqını qorumasını gözləyirik. Biz haqq və hüquqdan yanayıq. 10 noyabr 2020-ci il bəyanatı və 11 yanvar 2021-ci il razılaşmasının icra edilməsi bizim üçün əsasdır.
Hazırda ciddi problem olmadığını bilirik. Amma o demək deyil ki, heç vaxt da olmayacaq.
Prosesi diqqətlə izləyirik və lazım olarsa, müdaxilə edəcəyik. Biz bölgədə sülh olmasını, Zəngəzur dəhlizinin açılmasını və kommunikasiyanın bərpa edilməsini istəyirik”, - deyə o bildirib.