13 
Apr
2021
11:11
419
72
3902
Virtual karabakh

İlham Əliyev Azərbaycan üzərindən Ermənistana qazın nəql edilməsindən DANIŞDI

13 Apr, 2021
11:11
3902

İlham Əliyev Azərbaycan üzərindən Ermənistana qazın nəql edilməsindən DANIŞDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” konfransında Azərbaycan ərazisindən Ermənistana qaz nəql olunmasından danışıb. 

Oxu.Az-ın məlumatına əsasən, Prezident deyib ki, buna səbəb Rusiyanın qaz kəmərində təmir işlərinin getməsidir. 

“Biz buna “yox” deyə bilərdik, lakin “hə” dedik. Çünki bu başqa yanaşmadır, başqa jestdir”, - deyə İlham Əliyev əlavə edib. 

Qeyd edək ki, bu ilin martın ortalarından etibarən Rusiya qazının Ermənistana tədarükü “Şimali Qafqaz - Zaqafqaziya” qaz boru kəmərinin (Rusiyadan Gürcüstan vasitəsi ilə Ermənistana qaz tədarükü üçün) təmiri ilə əlaqədar, müvəqqəti olaraq Azərbaycan ərazisindən həyata keçirilir. 

Martın 16-da “Qazprom Export” MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Rusiya qazının Azərbaycan ərazisindən nəqli üçün qısamüddətli müqavilə imzalanıb. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri