13 
Apr
2021
10:38
345
17
1438
Virtual karabakh

Prezident: “Ermənistanın atdığı addımlar sülhə yönəlməmişdi”

13 Apr, 2021
10:38
1438

Prezident: “Ermənistanın atdığı addımlar sülhə yönəlməmişdi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan həmişə münaqişənin həll edilməsində maraqlı olub, çünki münaqişədən əziyyət çəkən tərəf idik. Azərbaycanın mövqeyi konstruktiv olub”. 

Oxu.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” konfransında deyib. 

Dövlət başçısı qeyd edib ki, Ermənistan münaqişənin həll olunmasını istəmirdi. 

“Mən danışıqlar zamanı hiss edirdim ki, Ermənistan həll istəmir. Onlar həll istədiyini deyirdilər, amma onların atdıqları addımlar sülhə yönəlməmişdi”, - deyə İlham Əliyev əlavə edib. 

Onun sözlərinə görə, işğal müddətində müdafiə xətləri qurmaq, ərazilərin minalanması üçün Ermənistan tərəfindən yüz milyonlarla dollar sərmayə qoyulub. 

“Biz aydın başa düşürdük ki, bu, əraziləri daim işğal altında saxlamaq üçün atılan addımlardır”, -  deyə Prezident əlavə edib. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri