13 
Apr
2021
10:19
398
10
1858
Virtual karabakh

İlham Əliyev: “Ermənistan hökuməti istəmirdi ki, əcnəbilər Dağlıq Qarabağ ətrafındakı rayonlara getsinlər”

13 Apr, 2021
10:19
1858

İlham Əliyev: “Ermənistan hökuməti istəmirdi ki, əcnəbilər Dağlıq Qarabağ ətrafındakı rayonlara getsinlər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda Ermənistanın işğal müddətində Azərbaycanın torpaqlarında dəhşətli dağıntılar törətdiyini bildirib. 

Oxu.Az xəbər verir ki, Prezident İlham Əliyev Ermənistanın Azərbaycanın şəhər və kəndlərini dağıtmasına dair çoxlu videogörüntülərin olduğunu diqqətə çatdırıb və işğal müddətində əcnəbilərin qeyri-qanuni yollarla Dağlıq Qarabağa getdiyini xatırladıb. 

“Amma onlar Dağlıq Qarabağın ətrafında olan rayonlara getməkdən məhrum edilirdilər. Ermənistan hökuməti istəmirdi ki, əcnəbilər oralarda olan dağıntıları görsünlər. Çünki bu dağıntılar Birinci Qarabağ Müharibəsi dayandırıldıqdan sonra törədilmişdi”, - deyə İlham Əliyev əlavə edib. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri