31 
Mar
2021
16:57
705
31
2814
Virtual karabakh

Ərdoğan: “Azərbaycanın yanında olmağımız önəmlidir”

31 Mar, 2021
16:57
2814

Ərdoğan: “Azərbaycanın yanında olmağımız önəmlidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurası liderlərinin qeyri-formal görüşündə Azərbaycanı bir daha Qarabağda qazandığı zəfər münasibəti ilə təbrik edib və qardaş ölkənin dövlətimizə dəstəyini vurğulayıb.

“Bütün azərbaycanlı qardaşlarımı, əziz qardaşım İlham Əliyevi əvvəl Qarabağdakı qələbəsinə görə təbrik edirəm”, - deyə Ərdoğan bildirib.

O qeyd edib ki, Qarabağ bölgəsində 67 məsciddən 63-ü dağıdılıb. Bundan başqa, kilsələr də məhv edilib:

“Qarabağdakı türk irsinin qorunması və bərpası üçün bütün vasitələrimizlə Azərbaycanın yanında olmağımız önəm kəsb edir”.

O, Türkiyənin bölgənin dirçəlməsi üçün bütün köçkünlərin evlərinə qayıtmasına çalışacağını vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri