16 
Mar
2021
16:06
153
16
3592
Virtual karabakh

Türkiyə XİN-dən “Moskva müqaviləsi” ilə bağlı BƏYANAT

16 Mar, 2021
16:06
3592

Türkiyə XİN-dən “Moskva müqaviləsi” ilə bağlı BƏYANAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Böyük Millət Məclisi Hökuməti ilə Rusiya Sovet Federativ Sosialist Respublikası arasında 16 mart 1921-ci il tarixində imzalanan “Dostluq və Qardaşlıq Müqaviləsi”nin 100 illiyi münasibətilə Türkiyə XİN-in saytında yazılı açıqlama yerləşdirilib.

Bildirilir ki, ortaq tarixə “Moskva müqaviləsi” kimi düşən sözügedən sənəd Türkiyə-Rusiya münasibətlərində əhəmiyyətli yer tutur.

İki ölkə arasındakı diplomatik əlaqələrin dövrün şərtləri daxilində siyasi əhəmiyyəti olduğu kimi, hüquqi baxımdan da nəticələr verdiyi bildirilir.

“Türkiyə və Rusiya Federasiyası bu gün dialoq və əməkdaşlığı ikitərəfli və regional səviyyədə davam etdirir. Bu əməkdaşlıq anlayışının qarşıdakı dövrdə də ikitərəfli münasibətlərimizlə yanaşı regional sülh, sabitlik və firavanlığa qatqı təmin olunmasına davam edəcəyinə inanırıq”, - deyə açıqlamada vurğulanır.

Qeyd edək ki, “Moskva müqaviləsi”ndə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənib və Türkiyə onun qarantı kimi çıxış edib. Müqavilənin müddəaları əsasında 1921-ci il oktyabrın 13-də Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan arasında Qars müqaviləsi imzalanıb. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri