26 
Fev
2021
12:19
424
15
1494
Virtual karabakh

İlham Əliyev: “Hər hansı bir qisas cəhdi Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaq”

26 Fev, 2021
12:19
1494

İlham Əliyev: “Hər hansı bir qisas cəhdi Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz davamlı sülhə nail olmaq istəyirik. Bu düşmənçilik səhifəsini çevirmək üçün yeganə yoldur”.

Oxu.Az-ın məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Onun sözlərinə görə, erməni tərəfi öz qoşunlarını torpaqlarımızdan çıxarmaq üçün tarixi verən kimi biz müharibəni dayandırdıq:

“Müharibənin ilk günündən mən hər bir müsahibəmdə və bəyanatımda onu vurğulayırdım ki, Ermənistanın baş naziri şəxsən özü bizə Cəbrayıl, Füzuli, Şuşa və digər rayonlarımızdan qoşunlarının çıxarılması tarixini verən kimi müharibəni dayandıracağıq. Biz münaqişənin başa çatdırılması üçün 30 il gözləmişik. Niyyətimiz hər zaman aydın və səmimi olub. Biz dərk edəndə ki, Ermənistan hökuməti bizə bir santimetr torpaq qaytarmaq niyyətində deyil, paralel olaraq bir sıra hərbi təxribatlar törədir, biz dərhal adekvat cavab verdik”, - deyə prezident qeyd edib.

İ.Əliyev bildirib ki, davamlı sülhü yalnız imzalanmış 10 noyabr bəyanatına sadiqlik nümayiş etdirməklə əldə etmək olar:

“Onlar bildirdi ki, Ağdamın bir hissəsi, Kəlbəcər, Laçın boşaldılacaq. Mən dərhal müharibəni dayandırdım və sözümə əməl etdim. Hər kəs anlayır ki, biz müharibəni davam etdirsəydik, Ermənistan üçün nəticə daha ağır və acınacaqlı ola bilərdi. Biz istəmədik ki, daha artıq itkimiz və qurbanlar olsun. Bu gün biz onu müzakirə edirik ki, bölgədə dayanaqlı sülh və təhlükəsizlik olsun. Bunun yeganə yolu əməkdaşlıqdır. Biz artıq üçtərəfli qaydada - Azərbaycan, Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və bütün maneələrin aradan qaldırılması üçün çalışırıq. Bu baş tutsa, Ermənistan da mənfəət əldə edəcək.

Sülhün xeyrini görəcəklər. Sülh üçün daha bir şərtimiz ondan ibarətdir ki, Ermənistanın siyasi dairələri anlamalıdır ki, hər hansı bir qisas cəhdi Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı ciddi bir təhlükə görsək, dərhal cavab verəcəyik. Ona görə də xəbərdarlıq edirəm ki, qisas cəhdləri olmamalıdır. 10 noyabr bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır. Tədricən, addım-addım sülh regiona gələcək”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri