19 
Fev
2021
18:48
573
13
3295
Virtual karabakh

Rusiyalı ekspertlər: “Ermənilər xəritələr tərtib etmədən minaları səpələyiblərsə, bu hərbi cinayətdir”

19 Fev, 2021
18:48
3295

Rusiyalı ekspertlər: “Ermənilər xəritələr tərtib etmədən minaları səpələyiblərsə, bu hərbi cinayətdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan Qarabağda yerləşdirdiyi minaların dəqiq xəritələrini indiyədək Azərbaycana təqdim etməyib.

“İnterfaks-Azərbaycan”ın məlumatına görə, bunu  Milli Məclisin deputatı Mixail Zabelin “Rusiyalı parlamentarilərin Dağlıq Qarabağa ilk səfəri” mövzusunda Moskva-Bakı telekörpü zamanı bildirib.

“İndi Qarabağda vəziyyət mürəkkəbdir, ərazilərin minalardan təmizlənməsi prosesi aparılır. Bu zaman insanlar minaların partlaması zamanı həlak olurlar. Əfsuslar olsun ki, Ermənistan tərəfi indiyədək minaladığı kənd, qəsəbə və şəhərlərin düzgün xəritələrini bizə hələ də təqdim etməyib. Həm Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri, həm də Rusiya sülhməramlılarının işinin çətinliyi məhz bundan ibarətdir”, - deyə Zabelin bildirib.

“Azərbaycan əsgərləri həlak olurlar, rusiyalı sülhməramlılarının həlak olması təhlükəsi var, əlbəttə ki, bu məsələ bizim hər birimizi narahat edir. Bu, Ermənistan tərəfinə əsas tələbdir. Əgər erməni hərbçilər xəritələr tərtib etmədən minaları səpələyiblərsə, o zaman bu hərbi cinayətdir və həmin şəxslər Ermənistanda məhkum olunmalıdırlar. Əgər heç kim məhkum olunmayıbsa, demək həmin xəritələr var”, - deyə rusiyalı ekspert, politoloq, “Siyasi Araşdırmalar İnstitutunun” baş direktoru Sergey Markov bildirib. 

Onun fikrinə görə, müvafiq mina xəritələrinin Azərbaycana verilməsi üçün dünya birliyi Ermənistana təzyiq göstərməlidir

Öz növbəsində, rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko qeyd edib ki, Ermənistan tərəfindən Qarabağda mina xəritələrinin Azərbaycana verilməsi regionda sülh və təhlükəsizliyin sabitləşməsi üçün olduqca vacibdir. Bundan başqa, o, bu məsələdə beynəlxalq birliyin iştirakının əhəmiyyətini, Ermənistana təzyiqin göstərilməsi zəruriliyini vurğulayıb.

“Həmçinin, aidiyyəti beynəlxalq təşkilatların iştirakı son dərəcə vacibdir. Keçmiş Yuqoslaviyada münaqişə başa çatdıqdan sonra müvafiq köməklik göstərilib. Hesab edirəm ki, beynəlxalq təşkilatların xətti ilə Azərbaycana da müvafiq köməklik göstərilməlidir. Əlbəttə ki, Rusiya və Avropa ölkələri İrəvanla münasibətlərdə özünün təsir və nüfuzundan istifadə etməlidiri ki, Ermənistan müvafiq mina xəritələrini Azərbaycana təqdim etsin”, - Korotçenko əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri