23 
Apr
2014
20:00
58
13
8069
Virtual karabakh

40-cı illərin hadisələri – FOTO

23 Apr, 2014
20:00
8069

40-cı illərin hadisələri – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Keçən əsrin 40-cı illərinin əsas nüanslarını əks etdirən fotolar...

1. Hitler Parisdə

İkinci Dünya müharibəsinin ən qızğın vaxtında çəkilib, Hitler və onun tərəfdaşları işğal edilmiş Parisin mərkəzindədirlər.

2. Vinnisanın sonuncu yəhudisi – 1941

Bu təsirləndirici şəkil Vinnisa, Ukraynada sonuncu yəhudinin şəklidir. Foto əsgərlərdən birinin albomunda tapılıb. Şəkilin adı fotonun arxa tərəfində yazılmışdı və lakonik şəkildə Vinnisada baş verən kabusu əks etdirir: 28 000 yəhudinin hamısı qətlə yetirilib.

3. Varşava gettası, 1943

1943-cü ildə çəkilmiş bu foto – İkinci Dünya müharibəsinin ən məşhur şəkillərindəndir. Ön planda əllərini qaldıran, üzündə qorxu həkk olmuş oğlan güclü emosiyalara səbəb olur.

4. Normand əməliyyatı – 1944

Robert Kapanın fotosu İkinci Dünya müharibəsinin bütün qanlı dəhşətlərini əks etdirir. Dumanlı təsvir, bu fotonu çəkməyə tələsən fotoqrafın əlinin əsdiyini göstərir.

5. Müharibənin sonu, 1945

Bu unikal foto ABŞ sakinlərini İkinci Dünya Müharibəsinin başa çatdığını elan olunduğu zaman sevincini əks etdirir. Yayılmış fikrin əksinə olaraq bu şəkildə təsvir edilənlərin sevgili olmadıqları deyilir. Həmin gün əsgərlər Tayms-skverdə bir çox xanımın sevinc öpüşlərini töhvə olaraq almışdılar, məhz bu cavan tibb bacısı da onlardan biridir.

6. Reyxstaq üzərində SSRİ-nin bayrağı, 1945-ci il

Fotoda ölkəsinin bayrağını Berlin uğrunda gedən mübarizədən sonra may ayının 2-si 1945-ci ildə Reyxstaqın damına sancan sovet əsgəri əks olunub. İkinci Dünya müharibəsinin ən populyar obrazlarından biri.

7. İvodzima uğrunda mübarizədə qaldırılan bayraq, 1945

Bu fotoya görə müəllif Co Rozental Pulisero mükafatına layiq görülüb. Fotoda amerikalı döyüşçülərin 1945-ci ilin mart ayında İvodzima uğrunda döyüşdə dağın zirvəsində ABŞ bayrağını qaldırmaqları əks edilib. Bu insanların yarısından çoxu bir qədər sonra döyüşdə həlak olublar.

8. Xirosimanın bobardman edilməsi, 1945-ci il

Şərhə ehtiyac yoxdur. 1945-ci ilin avqust ayının 6-da yapon şəhəri Xirosimaya atom bombası atılıb. 150 000 adam ölüb və yaralanıb.

9. İlk kompüter, 1946-cı il

Dünyada ilk kompüterin bu fotosu, onun necə nəhəng bir cihaz olduğunu, bir böyük otağı tamamən zəbt etdiyini əyani şəkildə göstərir.

10. Atomicus Dali, 1948-ci il

Bu sürrealist təsvir Filip Halsman tərəfindən yeni atom erasının başlanmasına və Salvador Dalinin“Atom Ledası” sürrealistik əsrarəngiz əsərinə hörmət əlaməti olaraq yerləşdirilib. Qəribə fotoda havaya sıçramış insan, dağılmış su, havaya atılmış insan və pişikləri təsvir edilib. 6 saat vaxt sərf edilən çəkiliş zamanı 28 dəfə havaya sıçramaq lazım olub, bir neçə köməkçi isə eyni zamanda havaya əşyaları tullamalı olublar.

Mənbə

Aliyə İsmayılzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri