18 
Apr
2014
13:55
41
2
1995
Virtual karabakh

66 gün avtonom rejimdə işləyən smartfon

18 Apr, 2014
13:55
1995

66 gün avtonom rejimdə işləyən smartfon

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qurğu gözləmə rejimində 1604 saat işləyəcək.

“Philips” şirkəti “Apple”, “LG” və ya “Samsung” kimi kütləvi smartfon istehsalçısı deyil, lakin “Philips”in mobil qurğuları həmişə rəqibləri ilə müqayisədə avtonom iş vaxtının müddətinə görə seçilib. Yeni “Philips W6618” qurğusunun akkumulyatoru cihazın 66 gün müddətində avtonom rejimdə işləməsinə imkan verəcək.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, istehsalçının məlumatına görə, qurğu gözləmə rejimində 1604 saat (66 gün) və danışıq rejimində 33 saat işləyəcək. Akkumulyatorun tutumu 5300 milliamper/saat təşkil edəcək.

Smartfonda 5 düyümlük ekranın təsvir ölçüsü 540 x 960 təşkil edir. Smartfon 1,3 QHs takt tezlikli “MediaTek” dördnüvəli prosessoru, 1 QB əməli yaddaş və 4 QB daimi yaddaş (microSD kartı hesabına artırmaq olar) ilə təchiz edilib.

Smartfonun qalınlığı 11,6 mm təşkil edir. “Philips W6618” qurğusu “Android 4.2” mobil əməliyyat sistemi ilə işləyir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri