18 
Apr
2014
13:17
47
4
2546
Virtual karabakh

Alimlər Yerin əkizini tapdılar

18 Apr, 2014
13:17
2546

Alimlər Yerin əkizini tapdılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kepler-186f ulduzdan həyatın yaranması üçün əlverişli olan məsafədədir.

Astronomlar bir çox parametrlərinə görə Yerə bənzəyən planet aşkarlayıblar, BBC xəbər verir.

Oxu.Az-ın məlumatına görə, planeti “Kepler” kosmik teleskopunun köməyi ilə aşkarlayıblar. Aparat orbitə 2009-cu ilin martında buraxılıb.  

Kepler-186f adlı planet ulduzdan həyatın yaranması üçün əlverişli olan məsafədə yerləşir. Onun səthində maye şəklində su ola bilər ki, bu da canlı orqanizmlərin yaranması imkanı üçün əsas şərtdir.

Ölçülərinin Yerdən təxminən 1/10 dəfə böyük olması Kepler-186f planetinin səthinin qayalı olduğunu söyləməyə əsas verir.

Planetin ətrafında fırlandığı ulduz Günəşdən bir qədər kiçik və soyuqdur və Yerdən 500 işıq ili məsafəsində yerləşib. Sistemdə ümumilikdə 5 planet var.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri