29 
Fev
2024
17:10
29
103
3036
yuxarı
Azərbaycanda “Formula-1”in yayımlanmaması məsələsinə aydınlıq gətirildi
29 Fev, 2024
17:10
3036
29
103
Azərbaycanda “Formula-1”in yayımlanmaması məsələsinə aydınlıq gətirildi
“Nə vaxt anlaşma olsa, yayımlamağa başlayacağıq”.
Bunu “Report”a açıqlamasında “İdman” TV-nin direktoru Rövşən Binnətli “Formula-1” üzrə Qran-prilərin yayımlanması ilə bağlı danışarkən deyib.
“Yarışı yayımlamaq üçün bizdən nə asılıdırsa, onu da edirik. Amma hər şey yayımçı şirkətdən asılıdır. Orada bəzi prosedurlar var. Onların cavabını gözləyirik. Bizdən asılı olanları zamanında etmişik. Yaxın günlərdə qeyri-müəyyənlik aradan qaldırılacaq”, - deyə R.Binnətli qeyd edib.
Qeyd edək ki, hazırda “Formula-1” üzrə Bəhreyn Qran-prisi start götürüb. Bu gün iki sərbəst yürüş gerçəkləşəcək.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək