May
2024
14:48
81
8
1909
Virtual karabakh

“Qaradağ”dan saçılan “Günəş” - FOTOREPORTAJ

2 May, 2024
14:48
1909

“Qaradağ”dan saçılan “Günəş” - FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası fəaliyyətini davam etdirir.

Qeyd edək ki, 2022-ci ilin 15 mart tarixində “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueinin iştirakı ilə “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.

Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır.

Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.

Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək.

Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.

PhotoStock-un əməkdaşı stansiyadan fotoreportaj hazırlayıb.

Daha çox foto burada: PhotoStock.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri