25 
Apr
2024
20:08
28
98
571
Virtual karabakh

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 768 mini keçib - FOTO

25 Apr, 2024
20:08
571

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 768 mini keçib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cari ildə ölkədə aktiv vergi ödəyicilərinin sayı 768 mindən çox olub”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Sahibkarlar günü”nə və Azərbaycan Sahibkarlar Konfederasiyasının yaranmasının 25 illiyinə həsr olunmuş “Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” mövzusunda baş tutan konfransda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.

O, qeyd edib ki, sahibkarlıq fəaliyyəti qeyri-neft iqtisadiyyatının inkişafında əsas istiqamətlərdəndir:

“Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycanda sahibkarlığın rolu gündən-günə genişlənir və özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. Qeyri-dövlət sektorunun ÜDM-də payı 83%-ə çatıb, məşğulluqda payı isə 78%-i ötüb. Hazırda ölkə üzrə sahibkarlıq subyektlərinin təqribən 99,6%-i kiçik və orta sahibkarlıq subyektləridir. Və onların əlavə dəyərin yaradılmasında, ixrac, məşğulluq və investisiyalarda payı artır. Cari ilin 1 aprel tarixinə ölkədə aktiv vergi ödəyicilərinin sayı da artaraq 768 mindən çox olub”.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri