17 
Fev
2021
12:09
60
18
1632
Virtual karabakh

Rəqabət Məcəlləsinin qəbul olunacağı vaxt AÇIQLANDI

17 Fev, 2021
12:09
1632

Rəqabət Məcəlləsinin qəbul olunacağı vaxt AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin sonuna qədər Rəqabət Məcəlləsinin qəbul olunması gözlənilir.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunan media konfransda deyib.

O bildirib ki, Dövlət Xidmətinin İşçi Qrupu tərəfindən ötən il boyu Rəqabət Məcəlləsinin layihəsinin təkmilləşdirilməsi üzrə işlər görülüb:

“Ölkəmizdə rəqabətin təmin olunması üçün Rəqabət Məcəlləsinin qəbul olunması mütləqdir. Biz bu məcəlləni artıq hazırlamışıq və təkmilləşdirmə işləri başa çatıb. Prosesin qanunvericilik mərhələsindəyik. Layihə aidiyyəti qurumlara göndərilib”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri