15 
Avq
2013
12:00
23
11
11651
Virtual karabakh

Azərbaycan manatının saxta şəkilləri yayıldı – Foto – Yenilənib

15 Avq, 2013
12:00
11651

Azərbaycan manatının saxta şəkilləri yayıldı – Foto – Yenilənib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1 manatlıq əskinasın üzərində Üzeyir Hacıbəyov əks olunub.

İnternetin Azərbaycan sektorunda milli manatın yeni dizaynı ilə bağlı saxta fotoşəkillər yayılıb.

Oxu.Az xəbər verir ki, qeyri-rəsmi məlumatlara görə, 2014 cü ildə manatın yeni dizyanı daha fərqli şəkildə olacaq. 

Belə ki, 1, 5, 10, 20, 50 və 100 manatlıq əskinazların üzərində dahi şəxsiyyətlərin şəkilləri əks olunacaqdır. 

Yayılmış şəkillərdə, 1 manatlıq əskinasın üzərində Üzeyir Hacıbəyov, 5 manatlıq – Nizami Gəncəvi, 10 manatlıq – Zeynalabdin Tağıyev, 20 manatlıq – Molla Pənah Vaqif, 50 manatlıq – Yusif Məmmədəliyev, 100 manatlıq əskinasın üzərində isə Heydər Əliyevin təsvirləri yer alıb.

Məlumata görə, bu şəkillər forumlardan birində dizayner tərəfindən zarafat kimi hazırlanıb və yerləşdirilib.

Artıq Mərkəzi Bank əskinaslarla bağlı rəsmi məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, sosial şəbəkələrdə üzərində Azərbaycanın mütəfəkkirlərinin, tanınmış dövlət və elm xadimlərinin əksləri olan 1, 5, 10, 20, 50, 100 manatlıq əskinasların şəkilləri yayılıb. Bu şəkillər milli valyutamız olan manatın yeni dizaynda tərtibatı kimi təqdim edilərək ictimaiyyətdə yalnış məlumatların yayılmasına səbəb olur və çaşqınlıq yaradır.

Azərbaycan Respublikasının Mərkəzi Bankı bildirir ki, bu məlumatlar heç bir reallığı əks etdirmir və bu şəkillər qeyri-müəyyən şəxslərin təxəyyülünün məhsuludur.

Mərkəzi Bank tərəfindən göstərilən dizaynda əskinasların tədavülə buraxılması planlaşdırılmır (Qafqazinfo).



www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri