29 
İyl
2013
11:06
5
12
4349
Virtual karabakh

Azərbaycanda yol vergisinin dərəcələri dəyişdirilib

29 İyl, 2013
11:06
4349

Azərbaycanda yol vergisinin dərəcələri dəyişdirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avtomobilinin mühərrikinin həcmi 4 min kub sm olan sürücülər 70 manat ödəyəcəklər.

Azərbaycanın daxili işlər naziri Ramil Usubovun imzaladığı Q21-001-13 nömrəli əmrlə ölkədə nəqliyyat vasitələrinin texniki baxışının keçirilməsi üçün müraciətlərin və sənədlərin qəbulu üzrə inzibati reqlamentə dəyişiklik təsdiqlənib. 
 
Oxu.Az abc.az-a istinadən xəbər verir ki, iyulun 23-də qüvvəyə minmiş dəyişikliklərə əsasən, avtomobillərin yol vergisinin dərəcələri dəqiqləşdirilib. 
 
Bundan sonra mühərrikinin həcmi 2 min kubmetrədək olan nəqliyyat vasitələri üçün vergi dərəcəsi 20 manat, 2 mindən 3 min kub sm-dək olan avtomobillər üçün – 20 manat + 2 litrdən çox həcmin 1 kub sm görə 0,02 manat, 3 mindən 4 min kub sm-dək – 40 manat + 3 litrdən çox həcmin hər 1 kub sm görə 0,03 manat təşkil edir. 
 
Əgər nəqliyyat vasitəsinin mühərrikinin həcmi 4 mindən 5 min kub sm-dək təşkil edirsə, vergi 70 manat + 4 litrdən çox hər 1 kub sm görə 0,04 manat olacaq. 

Mühərrikin həcmi 5 litrdən çoxdursa, bu zaman vergi 110 manat + 5 litrdən çox hər 1 kub sm görə 0,05 manat təşkil edəcək. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri