23 
Apr
2014
23:00
30
2
1335
Virtual karabakh

Bakı Gəmiqayırma Zavodu “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb

23 Apr, 2014
23:00
1335

Bakı Gəmiqayırma Zavodu “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İnşaat işlərinin 2017-ci ilin ikinci yarısında tamamlanması nəzərdə tutulur.

Aprelin 23-də “Bakı Gəmiqayırma Zavodu” MMC və “BP Exploration” (“Şahdəniz”) MMC arasında sualtı tikinti gəmisinin layihələndirilməsi və tikintisi üzrə müqavilə imzalanıb.

Oxu.Az xəbər verir ki, SOCAR-ın məlumatına görə, SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, bu müqavilənin imzalanması Bakı Gəmiqayırma Zavodunun istehsal potensialının beynəlxalq miqyasda təsdiqləndiyinin bariz təzahürüdür.

Artıq bundan sonra Azərbaycan üçün tələb olunan bütün gəmilər məhz bu zavodda tikiləcək.

Hazırda CDC (Xəzər Qazma Şirkəti) şirkətinin sifarişinə əsasən yeni üzən qazma qurğusunun pantonları da bu zavodda inşa olunur. “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsi çərçivəsində istifadə olunacaq sualtı tikinti gəmisinin inşaat işlərinin 2017-ci ilin ikinci yarısında tamamlanması nəzərdə tutulur.

Bakı Gəmiqayırma Zavodu SOCAR (65%), Azərbaycan İnvestisiya Şirkəti (25%) və Keppel O & M. Şirkəti (10%) tərəfindən təsis edilib, 2013-cü ilin 20 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istismara verilib.

Gülnarə Zeynalova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri