23 
Apr
2014
18:45
16
0
868
Virtual karabakh

Azərbaycanda neçə daşınmaz əmlak obyekti özəlləşdirilib? – AÇIQLAMA

23 Apr, 2014
18:45
868

Azərbaycanda neçə daşınmaz əmlak obyekti özəlləşdirilib? – AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

44000-ə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb.

1 aprel 2014-cü il vəziyyətinə 6300-ə yaxın hüquqi şəxs statuslu dövlət müəssisəsi və onların 7800-ə yaxın filialının (cəmi 14100 vahid) malik olduğu 155000 daşınmaz əmlak obyekti barədə məlumatlar Registrdə qeydiyyata alınıb.

Oxu.Az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən məlumata görə,  1-ci rüb ərzində 2000-ə yaxın  əmlak barədə yeni məlumatlar (dəyişikliklər) Registrə daxil edilib.

2014-cü ilin I rübü ərzində ölkə üzrə 44000-ə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb, bu göstəricinin 12500-ü ilkin, 31500-ü isə təkrar qeydiyyata aid olub.

Bununla yanaşı 2014-cü ilin I rübü ərzində 9000-ə ipoteka müqaviləsi dövlət qeydiyyatına alınıb. 37000-dən cox daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin texniki inventarlaşdırılması aparılaraq texniki pasport və plan-cizgi tərtib edilib.

Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 31 mindən çox yüklülük (məhdudiyyət) arayışı (15100-dən çox onlayn üsulla), əhaliyə xidmətlə bağlı 4700-ə yaxın digər müxtəlif məzmunlu arayışlar verilib.         

Gülnarə Zeynalova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri