Samur sərhəd-keçid məntəqəsində Rusiyanın nəqliyyat naziri Maksim Sokolovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov arasında görüş keçirilib.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Samur çayı üzərində yeni körpünün salınması və köhnə körpünün təmiri ilə bağlı fikir mübadiləsi aparılıb və müvafiq protokol imzalanıb.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər ərzində əldə olunan nailiyyətlər, nəqliyyat-yol kompleksində həyata keçirilən irimiqyaslı layihələr, həmçinin Rusiya ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinin mövcud vəziyyəti və perspektivlər, habelə ikitərəfli əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub.