22 
Dek
2015
14:37
21
127
6849
Virtual karabakh

“Veysəloğlu”dan bahalaşma – ANONSU

22 Dek, 2015
14:37
6849

“Veysəloğlu”dan bahalaşma – ANONSU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ABŞ dollarının məzənnəsinin kəskin artması şirkət üçün də bir sıra çətinliklər yaradıb”.

Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin 21 dekabr 2015-ci il tarixində imzaladığı üzən məzənnə rejiminə keçilməsi barədə qərarına əsasən, manatın məzənnəsinin ABŞ dollarına nisbətən növbəti dəfə aşağı düşməsi “Veysəloğlu” Şirkətlər Qrupunun distributorluq etdiyi məhsulların qiymətlərinə də təsirsiz ötüşməyəcək.

Oxu.Az xəbər verir ki, Qrupun İctimaiyyətlə əlaqələr departamentindən “APA-Economics”ə verilən məlumata görə, şirkətin əsas fəaliyyəti idxal üzərində qurulduğundan ABŞ dollarının məzənnəsinin kəskin artması şirkət üçün də bir sıra çətinliklər yaradıb. Hazırda şirkət özünün qiymət siyasətini yenidən nəzərdən keçirir.

“Veysəloğlu”nun distributorluq etdiyi məhsulların qiymət siyasəti Mərkəzi Bankın üzən məzənnə siyasətinə əsasən manatın məzənnəsinin dünya valyutasına konvertasiyasına uyğun olaraq, bazarın tələb və təklifinə nisbətini müəyyən edərək həyata keçiriləcək.

Bu gün hər hansı bir süni qiymət artımından söhbət gedə bilməz. Yaranmış mövcud durum qiymət siyasətinin manatın yeni məzənnəsinə uyğunlaşmasını zəruri edib”, - deyə, şirkətdən bildiriblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri