20 
Dek
2013
10:05
12
1
2488
Virtual karabakh

“Su və atəş” filminin premyerası keçirildi

20 Dek, 2013
10:05
2488

“Su və atəş” filminin premyerası keçirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aktrisa Yasemin Allen Azərbaycana gəlməkdə problemlər yaşayıb.

Ötən gün “Nizami Kino Mərkəzi”ndə türkiyəli müğənni Özcan Dənizin “Su və atəş” filminin premyerası keçirilib. 

Oxu.Az xəbər verir ki, Özcan Dəniz filmi zalda tamaşaçılarla birgə izləyib.

Filmdə Türkiyədə uzun illər aktual olan “qan dava”sından söhbət gedir. İki gəncin məhəbbəti, məhz bu dava səbəbi ilə yarım qalır və filmin sonu ölümlə bitir.

Kinonun digər əsas qəhrəmanı aktrisa Yasemin Allen xarici ölkənin vətəndaşı olduğu üçün Azərbaycana gəlməkdə müəyyən problemlər yaşayıb.

Qeyd edək ki, bu müğənninin ilk layihəsi deyil. Onun bu günə qədər on iki layihəsi olub.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri