22 
Apr
2014
11:05
11
17
1208
Virtual karabakh

Heydər Əliyev Mərkəzində möhtəşəm video-mapping installyasiyası

22 Apr, 2014
11:05
1208

Heydər Əliyev Mərkəzində möhtəşəm video-mapping installyasiyası

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şounun musiqi müşayiətinin müəllifi tanınmış pianoçu və bəstəkar İsfar Sarabskidir.

Heydər Əliyev Mərkəzinin unikal dizaynından ilhamlanaraq, Hypnotica Visual Performance komandası bina üçün video-mapping installyasiya yaradıblar.

Oxu.Az buro247.az-a istinadla xəbər verir ki, “White Sign” installyasiyasının süjeti Qobustan qayaüstü rəsmlər zamanından başlayaraq, bizim günlərə qədər Azərbaycanda müxtəlif incəsənət sahələrinin ən parlaq və əhəmiyyətli anlarına səyahət ideyasından ibarətdir. Möhtəşəm şounun musiqi müşayiətinin müəllifi tanınmış pianoçu və bəstəkar İsfar Sarabskidir. “White Sign” installyasiyasının müəllifi Cavid Quliyev, 2D rəssam və illüstratoru Aygün Həsənova, rəssamları Ağarəhim İbrahimov, Cavid Quliyev, art direktoru Anfisa Bessonova, texniki direktoru isə Anar Qurbanovdur.

Nümayiş 27 aprel saat 22.00-da Heydər Əliyev Mərkəzində baş tutacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri