19 
Apr
2014
14:45
13
7
1141
Virtual karabakh

İtzhak Perlman Heydər Əliyev Mərkəzində konsert verəcək - FOTO

19 Apr, 2014
14:45
1141

İtzhak Perlman Heydər Əliyev Mərkəzində konsert verəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı daha bir dünya şöhrətli musiqiçini qarşılayacaq.

“Qremmi” mükafatçısı İtzhak Perlman Bakıya gələcək.

Oxu.Az xəbər verir ki, dünyanın məşhur skripka ifaçısı İtzhak Perlman aprelin 28-i saat 20.00-da Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, İtzhak Perlman 31 avqust 1945-ci ildə Təl-Əvivdə dünyaya gəlib. Hazırda uzun illərdir ki, ailəsi il birlikdə ABŞ-da yaşayır.

İ.Perlman özünü Amerika xalqına 1958-ci ildə iştirak etdiyi “Ed Sullivan Show” ilə tanıdıb. 1964-cü ildə isə ilk dəfə “Carnegie Hall”da səhnəyə çıxıb və “Leventritt” müsabiqəsinin qalibi olub.

1987-ci ildə Varşava və Budapeştdəki konsertləri üçün İsrail Filarmoniya Orkestrinə qatılıb. Həmin orkestrlə birlikdə 1990-cı ildə Rusiyada, 1994-cü ildə Çin və Hindistanda konsert proqramları ilə çıxış edib.

Sonrakı illərdə “Qremmi” və digər mükafatlara layiq görülüb.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri