17 
Apr
2014
14:00
47
5
1962
Virtual karabakh

Azərbaycan kinosu ilk dəfə olaraq Kann Kinofestivalında

17 Apr, 2014
14:00
1962

Azərbaycan kinosu ilk dəfə olaraq Kann Kinofestivalında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Film əsas müsabiqə proqramlarından birinə daxil edilib.

Azərbaycan kinosu tarixində ilk dəfə olaraq “Sonuncu” qısametrajlı bədii filmi 67-ci Kann Beynəlxalq Kinofestivalının əsas müsabiqə proqramlarından biri olan “Qısa metr” proqramına daxil edilib.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Films” şirkətinin birgə istehsal etdiyi filmin quruluşçu rejissoru Serqey Pikalov, ssenari müəllifləri Serqey Pikalov, Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, prodüserləri Mariya İvanova, Nəsib Piriyev və Müşfiq Hətəmovdur.

İkinci dünya müharibəsinin veteranı barədə fəlsəfi və ibrətamiz hekayəni tamaşaçıya nəql edən filmdə İdris Rüstəmov və Corc Qafarov çəkiliblər.

Qeyd edək ki, “Qısa metr” proqramının münsiflər heyətinin sədri dünya şöhrətli İran kinorejissoru Abbas Kiarostamidir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri