17 
Apr
2014
13:20
27
3
1148
Virtual karabakh

Lütfiyar İmanov – 85

17 Apr, 2014
13:20
1148

Lütfiyar İmanov – 85

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, 18 yaşında ilk dram dərnəyini yaradır.

Azərbaycanın opera müğənnisi Lütfiyar İmanovun anadan olmasından 85 il ötür.

Oxu.Az xəbər verir ki, Lütfiyar İmanov 1929-cu il aprelin 17-də Sabirabadda anadan olub.İlk rolunu 1943-cü ildə Sabirabad Dövlət Musiqi Teatrının səhnəsində “5 manatlıq gəlin” tamaşasında oynayıb. 18 yaşında ilk dram dərnəyini yaradır.

1957-ci ildə A.Milovanovun sinfində musiqi təhsilini bitirir və Dövlət Estrada Orkestrində, daha sonra isə Musiqili Komediya Teatrında fəaliyyətə başlayır. 1959-cu ildə Moskvada tamaşaya qoyulan Koroğlu operasında baş rolu – Koroğlu rolunu oynayır. 1968-ci ildə İncəsənət Universitetini bitirir və bundan sonra 30-dan çox operada baş rolun ifaçısı olur.

1975-ci ildə 6 ay İtaliyanın Milan şəhərində, La-Skala teatrında təcrübə keçir. 1991-1995-ci illərdə İstanbul və İzmir şəhərlərinin opera teatrlarında vokal dərsləri verir. 1995-ci ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulininyubileyi münasibətilə Tehranda keçirilən festivalda, 1996-cı ildə İtaliyada Vivaldinin xatirəsinə həsr edilən konsertdə, Almaniyada “Milleniumun mahnısı” festivalında çıxış edib. “Karmen”, “Faust”, “Otello”, “Trubador”, “Aida”, “Riqoletto” və s. klassik opera əsərlərində rollar oynayıb. Uzun müddət Bakı Musiqi Akademiyasında müəllim-professor kimi çalışmışdr. 1980-1990-cı illərdə iki dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

İki övlad atası olan böyük sənətkar 21 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri