17 
Apr
2014
11:05
7
2
874
Virtual karabakh

Azərbaycanlı skripkaçı Vilnüsdə keçirilən konsertdə çıxış edib

17 Apr, 2014
11:05
874

Azərbaycanlı skripkaçı Vilnüsdə keçirilən konsertdə çıxış edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Konsertin sonunda Anar Seyidov fəxri diplom ilə təltif olunub.

“Sugrizimai 2014” XVI beynəlxalq musiqi festivalı çərçivəsində Vilnüs şəhərinin Taikomosios incəsənət muzeyində təşkil edilmiş konsertdə Azərbaycanı prezident təqaüdçüsü, P.Çaykovski adına Moskva Dövlət Akademiyasının 4-cü kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı, skripkaçı Anar Seyidov təmsil edib.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, konsertdən əvvəl çıxış edən Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə tamaşaçıları salamlayaraq, mədəni əlaqələrin ölkələr arasında münasibətlərin inkişafına verdiyi töhfədən danışıb, bu tədbirin ölkələrimiz arasında körpü rolu oynadığını vurğulayıb, festival çərçivəsində gənc azərbaycanlı musiqiçinin konsert proqramı ilə iştirak etməsindən məmnun olduğunu qeyd edib.

Səfir Azərbaycan prezidenti İlham Əliyevin istedadlı gənclərə xüsusi diqqət yetirdiyini və bunun nümunəsi kimi prezident tərəfindən xüsusi istedada malik olan gənclərin yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının qəbul edildiyini bildirib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən də istedadlı gənclərin aşkar olunması və dünyanın tanınmış ali musiqi ocaqlarında təhsil almaları istiqamətində böyük işlərin görüldüyü vurğulanıb.

Daha sonra başlayan konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla izlənib. Konsertin sonunda Anar Seyidov Vilnüs şəhər merinin fəxri diplomu ilə təltif olunub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri