17 
Apr
2014
10:55
4
1
865
Virtual karabakh

Cahangir Novruzov medalla təltif olundu

17 Apr, 2014
10:55
865

Cahangir Novruzov medalla təltif olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Medalı TÜRKSOY-un baş katibi Düsen Kaseinov həmyerlimizə təqdim edib.

Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov medalla təltif olunub.

Oxu.Az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) həyata keçirdiyi layihələrdə mühüm xidmətlərinə, türk dünyasının mədəniyyətinə və incəsənətinə verdiyi töhfələrə görə Cahangir Novruzov “TÜRKSOY-un 20 illiyi” yubiley medalına layiq görülüb. Medalı TÜRKSOY-un baş katibi Düsen Kaseinov həmyerlimizə təqdim edib.

Medalın təqdimatı Türkiyənin Sabancı Vəqfi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Adana şəhərində  XVI Dövlət Teatrları və  Sabancı Beynəlxalq Adana Teatr Festivalının açılışı çərçivəsində baş tutub.  Mərasimdə Adana Bələdiyyəsinin sədri Hüseyin Sözlü də iştirak edib.

Bir ay davam edəcək XVI Dövlət Teatrları və Sabancı Beynəlxalq Adana Teatr Festivalında Türkiyədən 5, xarici ölkələrdən 16 teatr kollektivi  iştirak edir. 

Azərbaycanı festivalda Akademik Milli Dram Teatrı Mirzə Fətəli Axundovun “Lənkəran xanının vəziri” tamaşası ilə təmsil edəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri