10 
Apr
2014
16:35
9
16
1691
Virtual karabakh

“28 Cinema”da dəhşət janrında çəkilmiş iki yeni film

10 Apr, 2014
16:35
1691

“28 Cinema”da dəhşət janrında çəkilmiş iki yeni film

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Paranormal hadisə” və “Astral”ın yaradıcılarından yeniliklər...

Heç kəsə sirr deyil ki, Azərbaycan izləyicilərinin sevdiyi film janrlarından biri dəhşət janrıdır. Məhz buna görə premium səviyyəli kinoteatr “28 Cinema” öz tamaşaçıları üçün bu janrdan olan iki yeni film təqdim edir.

Oxu.Az xəbər verir ki, aprel ayının 10-dan etibarən “Okulus”  və “Tibb bacısı” 3D filmlərini izləmək mümkün olacaq.

“Okulus” bacı və qardaşı izləyən uğursuzluqlar və başlarına gələn qəribə hadisələrdən bəhs edir. Valideynlərinin ölümü iki yetim qalmış uşağın taleylərinə ciddi təsir edib. İyirmi yaşında ikən bacısı qardaşına, valideynlərin ölümündə və bütün baş verənlərdə güzgüdən çıxan kabusların günahkar olduğunu sübut etmək istəyir.   

“Tibb bacısı” 3D filmi isə qatil tibb bacısı haqqındadır. Günorta o, insan həyatları xilas edən nümunəvi tibb bacısıdır. Axşamları isə öz seksuallığı ilə insanları tovlayır və amansızcasına öldürür. Qanlı hadisələr getdikcə çoxalır və onun həmkarı öz araşdırmasına başlayır. Lakin şübhələrə heç kim inanmaq istəmir. 

Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz. 

“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri