10 
Apr
2014
14:20
23
1
1994
Virtual karabakh

Şəfiqə Axundovanın 90 illik yubileyi keçirildi - FOTO

10 Apr, 2014
14:20
1994

Şəfiqə Axundovanın 90 illik yubileyi keçirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tədbirdə Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin ifasında bəstəkarın əsərləri səsləndirilib.

Aprelin 9-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq Artisti Şəfiqə Axundovanın 90 illiyinə həsr olunmuş tədbir keçirilib.

Oxu.Az xəbər verir ki,tədbirdə Şəfiqə Axundovanın ömür yolu və yaradıcılıq axtarışlarından söz açılıb.

Xalq Artisti, professor Ağaverdi Paşayevin rəhbərliyi ilə  Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin ifasında bəstəkarın əsərləri səsləndirilib.

Yubiley mərasimində əməkdar artistlər Zakir Əliyev, Gülyanaq Məmmədova və digər tanınmış simalar bəstəkarın nəğmələrini ifa ediblər.

Qeyd edək ki, Şəfiqə Axundova Şərqdə ilk opera yazan qadın bəstəkar kimi adını tarixə yazıb. 1972-cü ildə Xalq Yazıçısı Süleyman Rəhimovun eyniadlı povesti əsasında yazdığı “Gəlin qayası” operası ilə bəstəkar yaradıcılığında ən yüksək zirvəyə qalxıb. 

Şəfiqə Axundova ötən ilin iyul ayında, 89 yaşında  dünyasını dəyişib.

Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri